Qiyamçılar Yunanıstana qaçırlar

Qiyamçılar Yunanıstana qaçırlar

Türkiyə XİN rəsmi Afinaya müraciət göndərib.

Türkiyəyə məxsus hərbi helikopter Yunanıstanın Aleksandropolis (Dədəağac) şəhərində eniş edib.

Oxu.Az-ın “Hurriyet”ə istinadən məlumatına görə, SOS siqnalı verərək Yunanıstana enən helikopterdə 7 hərbçi və 1 mülki şəxs olduğu bildirilir. Onların hərbi çevriliş cəhdində iştirak etmiş şəxslər olduqları güman olunur. Bu şəxslərin Yunanıstandan siyasi sığınacaq istədikləri barədə xəbərlər gəlir.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Twitter” səhifəsində bildirib ki, helikopterlə Yunanıstana qaçan 8 xain əsgərin dərhal təslim edilməsi barədə rəsmi Afinaya müraciət göndərillib.

0
8