"8 xain əsgərin dərhal təslim edilməsini istədik" - Çavuşoğlu

"8 xain əsgərin dərhal təslim edilməsini istədik" - Çavuşoğlu

Türkiyəyə məxsus bir hərbi helikopter Yunanıstanın Aleksandropolis (Dədəağac) şəhərinə enib. APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, SOS siqnalı verərək Yunanıstana enən helikopterdə 7 hərbçi və 1 mülki şəxs olduğu bildirilir. Onların hərbi çevriliş cəhdində iştirak etmiş şəxslər olduqları güman olunur. Bu şəxslərin Yunanıstandan siyasi sığınacaq istədikləri barədə xəbərlər gəlir.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu fakta münasibət bildirib. "Helikopterlə Yunanıstana qaçan 8 xain əsgərin dərhal təslim edilməsini istədik", - deyə o, özünün "Twitter" səhifəsində yazıb.

0
9