Başnazir: 161 şəhidimiz, 1440 yaralımız var

Başnazir: 161 şəhidimiz, 1440 yaralımız var

Türkiyənin baş naziri Binəli Yıldırım, Baş qərargah rəisi general Hulusi Akar ilə birlikdə mətbuat konfransı keçirir. Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, baz nazir əli bayraqlı meydanlara qaçan, bu terror təşkilatına qarşı dimdik ayaqda qala bilən bütün vətəndaşların alnından öpdüyünü bildirib

Qiyam zamanı həyatlarını itirənlərə başsağlığı verilib. Binəli Yıldırım eyni zamanda bildirib ki, 15 iyul artıq demokratiyanın bayramı olub: "Qəhrəmanca savaşanların da alnından öpürəm. Bu ordumuzun ayağa qalxması deyil. Silahlı Qüvvələrin içində paralel yaranan terror təşkilatının fəaliyyətidir. Buna görə də həmin terrorçulara əsla yenilməyən zabit və əsgərlərimizi təbrik edirəm".

Baz nazir onu da bildirib ki, bu terror təşkilatının üzvləri artıq Türk ədalətinin əlindədir.  o, eyni zamanda qeyd edib ki, bu qiyam nəticəsində ümumi 161 şəhid olub: "Hazırkı ana qədər 1440 yaralımız var. Bu alçaq qiyama qarışan 2839 zabit və əsgər saxlanılıb. Hətta saxlanılanlar arasında daha rütbəli şəxslər var ".

0
8