Azərbaycanlı deputat: Çevriliş Ərdoğanın özü tərəfindən təşkil olunub

Azərbaycanlı deputat: Çevriliş Ərdoğanın özü tərəfindən təşkil olunub

“Burada ən böyük təşəkkür və tərif dinamik türk millətinə düşür”.

Günün ən axmaq tezisi darbənin (çevrilişin – red.,) Ərdoğanın özü tərəfindən təşkil olunması barədədir. Bu qədər bəsit düşüncə ilə siyasət yorumu təqdim etməkdən usanmadılar, utanmadılar. Məclisi Ərdoğan bombalatdı, qaldığı oteli özü bombalatdı, ölkə iqtisadiyyatına özü bilərəkdən zərbə vurdu, öz iqtidarının orduya nəzarət etməyəcək qədər zəif olduğunu özü nümayiş etdirdi... Bu tezisi mənimsəyənlər görünüşcə çevrəmizdə olan ciddi adamlardır, ancaq bir epizod bunların nə qədər bəsit düşüncə sahibi olduqlarını üzə çıxardı.

Oxu.Az xəbər verir ki, bu sözləri öz “Facebook” səhifəsində Milli Məclisin deputatı Fazil Mustafa yazıb.

Deputat bildirib ki, Ərdoğanın da, AKP-nin də siyasətində kifayət qədər yanlış məqamlar var, ancaq kimsə öz iqtidarının nüfuzunu bu cür risk altına qoymaz.

“Burada ən böyük təşəkkür və tərif dinamik türk millətinə düşür. Tankların zirehini iman və iradə ilə deşdilər. Bir daha aydın oldu ki, millətdən sosial sifariş almayan hər hansı hərəkat uğursuzluğa məhkumdur”, - F.Mustafa qeyd edib.

0
17