Türkiyənin baş naziri: 161 şəhidimiz var

Türkiyənin baş naziri: 161 şəhidimiz var

Binəli Yıldırım 2839 müxtəlif rütbəli hərbçinin həbs olunduğunu bildirib.

Çevriliş cəhdi Türkiyənin tarixinə bir ləkədir. Meydanlara çıxan, paralel terror təşkilatına qarşı çıxan bütün vətəndaşların alnından öpürəm. 15 iyul artıq demokratiyanın bayramıdır.

Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, bu sözləri Türkiyənin baş naziri Binəli Yıldırım Ankarada keçirdiyi mətbuat konfransında deyib.

O, Türkiyənin böyük bir bəlanı dəf etdiyini söyləyib:

“Tankların önünə çıxaraq həyatını qurban verən qardaşlarımızı rəhmətlə anıram. Bizə dəstək verən dost ölkələrə təşəkkür edirəm”.

B.Yıldırım hərbi çevrilişin qarşısı alınarkən 161 polis, hərbçi və mülki şəxsin həlak olduğunu, 1400 nəfərin yaralandığını bəyan edib. O, 2839 müxtəlif rütbəli hərbçinin həbs olunduğunu bildirib.

Xatırladaq ki, hadisələrdə öldürülən qiyamçı hərbçilərin sayının 104 nəfər olduğu açıqlanıb.

0
8