Azad edilən Baş Qərargah rəisi iş başında

Azad edilən Baş Qərargah rəisi iş başında

Bu gün səhər qiyamçı hərbçilərin girovluğundan azad edilən Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar baş nazirin ofisi kimi istifadə edilən Çankaya iqamətgahına aparılıb. APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, ordu generalı H. Akar hərbi helikopterlə Çankaya iqamətgahının ərazisinə enib. O, hazırda vəzifəsinin icrasına başlayıb.

Xatırladaq ki, H. Akar qiyamçı əsgərlər tərəfindən Akıncı hərbi hava bazasına aparılmışdı.

0
13