İstanbul-Gəncə-İstanbul aviareysi təxirə düşdü

İstanbul-Gəncə-İstanbul aviareysi təxirə düşdü

Bu gün baş tutacaq İstanbul-Gəncə-İstanbul aviareysi təxirə salınıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, Türkiyədə dövlət çevrilişinə cəhd, İstanbulda vəziyyətin gərgin olması səbəbindən bu gün səhər saatlarında İstanbuldan Gəncəyə nəzərdə tutulan aviareysin təxirə salındığı açıqlanıb.

Gəncədən İstanbula getmək istəyən 40-a yaxın sərnişinə uçuşu başqa vaxta keçirildiyi bildirilib.

Qeyd edək ki, səhər saatlarında İstanbuldan Gəncəyə gəlməli olan təyyarə səhər saat 08. 30-da geri qayıtmalı idi.

Türk hava Yollarının Gəncə nümayəndəliyindən bildirilib ki, növbəti uçuş bazar ertəsi olacaq.

0
12