Türkiyədə olan Azərbaycan vətəndaşlarına – XƏBƏRDARLIQ

Türkiyədə olan Azərbaycan vətəndaşlarına – XƏBƏRDARLIQ

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyədə baş verən hadisələrlə bağlı Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib.

Oxu.Az-ın məlumatına görə, xəbərdarlıqda Azərbaycan vətəndaşlarına Türkiyə hökumətinin müəyyən etdiyi təhlükəsizlik qaydalarına riayət etmək və insanların sıx toplaşdığı yerlərdən uzaq durmaq tövsiyə olunub.

Qeyd edək ki, iyulun 15-də axşam saatlarında Türkiyədə dövlət çevrilişinə cəhd olub. Bununla əlaqədar olaraq 1500-dən çox insan tutulub. Hadisələr zamanı 90-dan çox insan həyatını itirib, 1154 nəfər isə yaralanıb.

0
8