Sami Yusuf: Türkiyənin güclü ölkə olmaması üçün çalışanlar var – VİDEO

Sami Yusuf: Türkiyənin güclü ölkə olmaması üçün çalışanlar var – VİDEO

Azərbaycan əsilli ingilis müğənni Sami Yusuf ötən gün Türkiyədə təşkil etdiyi mətbuat konfransında “Bəzi insanlar Türkiyənin güclü, inkişaf etmiş ölkə olmaması üçün çalışır” deyib.

Oxu.Az xəbər verir ki, türk dilində də mahnıların yer aldığı “Barakah” albomu üçün türkiyəli sevənləri ilə görüşən müğənni Alanyada konsert verəcək.

Sami Yusuf dünən Fransada meydana gələn terror hücumu səbəbi ilə kədərini dilə gətirərək “Təəssüf ki, terror Pakistanda, Türkiyədə dünyanın bir çox yerində yaşanır. Günahsızların həyatına son verən terror hadisələrinin sona çatmasını diləyirəm” söyləyib.

Yusuf albomda türk dilində “Uyan ey gözlerim”, “Ya Rəsullah”, “Mən yürürüm”, “Yanə- yanə” adlı mahnılarını səsləndirdiyini bildirərək bunları vurğulayıb:

“Mənim pulum, malım, mülküm var, bura yalnız albom satmaq üçün deyil, eyni zamanda, əhəmiyyətli bir mesaj vermək üçün gəlmişəm. Ümid edirəm ki, bu albom, varisləri olduğumuz möhtəşəm ənənənin və sivilizasiyanın bir zikri, xatırlatması kimi xidmət edəcək. Dua edirəm ki, keçimişləri kim olursa-olsun bütün dinləyənlər bu müqəddəs musiqidə yuva, rahatlıq və dinclik tapa biləcəklər”.

Türkiyəyə bir neçə dəfə gəldiyini xatırladan Yusuf “Bəzi insanlar Türkiyənin güclü, inkişaf etmiş ölkə olmasını istəmir. Sui-qəsd nəzəriyyəçisi deyiləm, onların kim olduqlarını bilmirəm, amma gerçək olan budur ki, bu istiqamətdə məşğul olanlar var. Lakin Allah hər şeydən və hər kəsdən böyükdür” deyib.

0
13