Ağ Ev: Obama Türkiyə prezidentini dəstəkləyir

Ağ Ev: Obama Türkiyə prezidentini dəstəkləyir

“Bu gecə Türkiyədə baş verən çevriliş cəhdi ilə əlaqədar dövlət katibi Con Kerri ilə telefon əlaqəsi yaradan ABŞ prezidenti Barak Obama Türkiyənin demokratik yollarla seçilmiş prezidentinin dəstəklənməli olduğunu bəyan edib”.

Oxu.Az xəbər verir ki, bu barədə Ağ Evin Türkiyədə son hadisələrlə bağlı bəyanatında qeyd edilib.

Bəyanatda həmçinin prezident və baş katibin tərəflərin hər növ zorakılıqdan və qan tökülməsindən yayınmalı olduğu barədə də razılığa gəldiyi qeyd edilir.

0
6