Türkiyə Jandarma Komandanlığı qiyamçılardan azad edilib - 16 qiyamçı əsgər öldürülüb

Türkiyə Jandarma Komandanlığı qiyamçılardan azad edilib - 16 qiyamçı əsgər öldürülüb

Türkiyənin paytaxtı Ankarada yerləşən Jandarma Komandanlığının binası çevrilişə cəhd edən hərbçilərdən azad edilib.

APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Daxili İşlər Nazirliyinin əmniyyət gənəl müdiri (baş polis idarəsinin rəisi) Cəlaləddin Ləkəsiz açıqlayıb. “Ankaranın Beştəpə məhəlləsindəki Jandarma Komandanlığı üsyançıların nəzarətinə keçmişdi. Buradan Türkiyənin 81 vilayətindəki jandarma qüvvələrini idarə etmək istəyirdilər. Lakin onlar mühasirəyə alındı, gecədən bəri atışmalar davam edirdi. Üsyançı hərbçilərdən 16-sı öldürüldü, 250-yə yaxın şəxs həbs edilib”, - deyə C. Ləkəsiz bildirib.

Yerli vaxtla saat 08.41-də bina hökuməti dəstəkləyən polis xüsusi təyinatlıları tərəfindən ələ keçirilib. C. Ləkəsiz qiyama cəhd edənlərin “Fətullahçı Terror Təşkilatı”nın mənsubları olduğunu söyləyib.

0
5