“Zirə” “Rəvan”ı darmadağın etdi - FOTO

“Zirə” “Rəvan”ı darmadağın etdi - FOTO

Nelson Bonilla het-trikə imza atıb.

Topaz Premyer Liqasının 29-cu turu çərçivəsində bir oyun keçirilib.

Oxu.Az xəbər verir ki, “Zirə” səfərdə “Rəvan”ı darmadağın edib - 0:4.

Hesabı oyunun 16-cı dəqiqəsində Luiz Alberto Diaz açıb.

İkinci hissədə isə Nelson Bonilla 52, 57 və 90-cı dəqiqələrdə vurduğu qollarla het-trikə imza atıb.

Bu qələbədən sonra  “Zirə” xallarının sayını 56-ya çatdırıb və turnir cədvəlində ikinci pillədəki yerini möhkəmləndirib.

“Rəvan” isə 11 xalla sonuncu pillədə qərarlaşıb.

0
48