Türkiyənin Baş Qərargah rəisi girovluqdan azad edilib

Türkiyənin Baş Qərargah rəisi girovluqdan azad edilib

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akarın hərbi çevrilişə cəhd edənlərin girovluğundan azad edildiyi bildirilir.

APA-nın məlumatına görə, bu barədə CNNTürk xəbər yayıb.

Xəbərə görə, girov götürülmüş Baş Qərargah rəisi Akınçı hərbi bazasına aparılıb.

Son saatlarda keçirilmiş əməliyyat nəticəsində isə H. Akar azad edilib.

Hazırda onun səhhətinin normal olduğu və davam edən əməliyyata rəhbərliyi üzərinə götürdüyü də qeyd olunur.

0
6