Parisdə Azərbaycan-fransız musiqi gecəsi keçirilib – FOTO

Parisdə Azərbaycan-fransız musiqi gecəsi keçirilib – FOTO

İyulun 14-də Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycanın Dostları Assosiasiyası (ADA) tərəfindən Azərbaycan-Fransa musiqi gecəsi təşkil edilib.

Oxu.Az xəbər verir ki, əvvəlcə ADA-nın prezidenti, Fransa Milli Assambleyasının üzvü Jan-Fransua Mansel qonaqları salamlayıb.

O, Azərbaycan haqqında və ölkəmizin Fransa ilə münasibətləri barədə məlumat verib, Assosiasiyanin fəaliyyətindən və gələcək layihələrindən bəhs edib.

Sonra qonaqlara Gonzague Saint Bris adlı məşhur fransız yazıçısının “Aleksandr Düma Qafqazda” adlı 5 dəqiqəlik filmi təqdim edilib. Filmdə A.Dümanın Bakı, Qarabağ və digər bölgələrə səfəri, dahi Azərbaycan şairi Natəvan ilə görüşü təsvir edilib. Təqdimatda iştirak edən yazıçı Azərbaycana səfəri, təəssüratları və filmin necə yaranması haqqında danışıb.

Sonra “MuğamQoçaq Əsgərovun və fransız caz ifaçısı Pyer de Treqomanın birgə konserti olub. Konsertdə Azərbaycan və fransız musiqiləri ifa edilib.

Musiqi gecəsi Fransanın milli bayramına təsadüf etdiyi üçün qonaqlar Eyfel qülləsinin yanında yerləşən Azərbaycan Mədəniyyət Mərkəzinin binasından bayram atəşfəşanlığını izləyiblər.

Aytən Sadıqzadə

0
14