TRT-nin spikeri: Qollarımızı bağlamışdılar, zorla xəbəri oxutdurdular – VİDEO

TRT-nin spikeri: Qollarımızı bağlamışdılar, zorla xəbəri oxutdurdular – VİDEO

TRT kanalında bir neçə saat əvvəl Türkiyədə dövlət çevrilişi ilə bağlı bəyanatı oxuyan diktor danışıb.

Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, aparıcı həyatının ən çətin yayımı olduğunu deyib.

Onun sözlərinə görə, xəbəri silahlı əsgərlərin təzyiqi altında oxuyub.

“3-4 saat əvvəl dəhşət yaşadıq. Karyeramda ən çətin yayımıma çıxmışdım. Saatlarla girov olduq. Qollarımızı arxadan bağlamışdılar. Bizi təhqir edirdilər. Yayımda o mətni oxumaq üçün silahlı əsgərlər məni məcbur etdi. O şərtlər altında bizə oxutdular. Çox şükür xəsərət alan olmadı. O anları bir də xatırlamaq istəmirəm”, - deyə aparıcı bildirib.

Bir neçə saat əvvəl TRT kanalının xəbər aparıcısı canlı yayımda Türkiyədə dövlət çevirilişi olduğunu demişdi.

0
10