Ərdoğana qarşı sui-qəsdin təfərrüatları açıqlandı

Ərdoğana qarşı sui-qəsdin təfərrüatları açıqlandı

Hadisə Türkiyə prezidentinin binanı tərk etdiyindən təxminən 45 dəqiqə sonra baş verib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Marmarisdə qaldığı hoteli tərk edəndən sonra binaya hücum olub.

Oxu.Az “Report”-a istinadən xəbər verir ki, hadisə Türkiyə prezidentinin binanı tərk etdiyindən təxminən 45 dəqiqə sonra baş verib.

Belə ki, 4 hərbi helikopter hotelin üstünə enib, təxminən 40-a yaxın əsgər helikopterlərdən enib. Helikopterlər uzaqlaşdıqdan sonra həmin hərbçi şəxslər hotelin divarlarını güllələyib. Prezidentin qaldığı əraziyə əl qumbaraları atılıb.

Əraziyə cəlb olunan polis qüvvələri ilə qiyamçılar arasında qarşıdurma yaranıb. Nəticədə 1 polis nəfəri yaralanaraq hospitala götürülüb, onun vəziyyətinin ağır olduğu bildirilir.

0
9