Türkiyədə hərbi çevriliş cəhdi ilə bağlı 754 nəfər saxlanıldı

Türkiyədə hərbi çevriliş cəhdi ilə bağlı 754 nəfər saxlanıldı

Türkiyədə baş vermiş hərbi çevriliş cəhdi ilə bağlı 754 nəfər saxlanılıb.

Oxu.Az xəbər verir ki, bu barədə rəsmi “Anadolu” Agentliyi məlumat yayıb.

Türkiyə agentliklərinin məlumatına görə, Türkiyə Silahlı Qüvvələrinin xeyli sayda yüksəkrütbəli hərbçisi saxlanılıb. Silahlı Qüvvələrin II Ordu Komandanlığına daxil olan birliklərdə də atışma səsləri eşidilir.

“CNN Türk” isə bəzi hərbi birliklərdə əsgərlərin çevrilişçi hərbçilərin rütbə nişanlarını sökdüklərini, onları polisə təhvil verdiklərini bildirib.

0
11