Türkiyədə çevriliş cəhdi ilə bağlı 754 nəfər saxlanılıb - YENİLƏNİB

Türkiyədə çevriliş cəhdi ilə bağlı 754 nəfər saxlanılıb - YENİLƏNİB

Türkiyədə baş vermiş hərbi çevriliş cəhdi ilə bağlı 754 nəfər saxlanılıb. APA-nın məlumatına görə, bu barədə rəsmi Anadolu Agentliyi məlumat yayıb.

Türkiyə agentliklərinin məlumatına görə, Türkiyə Silahlı Qüvvələrinin xeyli sayda yüksək rütbəli hərbçisi saxlanılıb. Silahlı Qüvvələrin II Ordu Komandanlığına daxil olan birliklərdə də  atışma səsləri eşidilir.

CNNTürk isə bəzi hərbi birliklərdə əsgərlərin çevrilişçi hərbçilərin rütbə nişanlarını sökdüklərini, onları polisə təhvil derdiklərini bildirib.

****

08:21

Türkiyədə baş vermiş hərbi çevriliş cəhdi ilə bağlı 336 nəfər saxlanılıb. APA-nın məlumatına görə, bu barədə CNNTürk kanalının canlı yayınında Türkiyənin ədliyyə naziri Bekir Bozdağ deyib.

O bildirib ki, həbs siyahısı genişlənə bilər.

B. Bozdağ saxlanılanlar arasında yalnız hərbçilərin deyil, başqa vəzifəlilərin də olduğunu qeyd edib.

Ədliyyə naziri Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akarın harda olması barədə məlumatsız olduğunu qeyd edib. 

Hadisələr nəticəsində 70-ə qədər ölü, xeyli sayda yaralı olduğu bildirilir.

0
26