Türkiyə Silahlı Qüvvələrinə yeni komandan gətirilir

Türkiyə Silahlı Qüvvələrinə yeni komandan gətirilir

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi vəzifəsinə yeni namizəd irəli sürülüb. Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, bu vəzifəyə Birinci Ordu Komandanı Ümid Dündarın nazmizədliyi verilib.

Yeni namizədin irəli sürülməsinin əsl səbəbləri barədə açıqlama verilmir. Belə ki, ötən gecədən başlayan hərbi qiyam cəhdi zamanı girov götürüldüyü, sonradan azad edildiyi bildirilən Baş Qərargah rəisi Hulusi Akarın taleyi barədə qəti bir məlumat yoxdur...

0
9