Türk lirasına qiyam zərbəsi: dollar və avro bahalaşdı

Türk lirasına qiyam zərbəsi: dollar və avro bahalaşdı

Türkiyədəki hərbi qiyam cəhdinin ardınca ölkənin milli valyutası – Türk lirası dollar qarşısında dəyər itirib. Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, qiyam cəhdindən öncə 2.88 lira civarında olan dollar, hadisələr zamanı sıçrayışla bahalaşaraq, 3.04 lira səviyyəsinə qalxıb.

Bununla da türk lirası dollar qarşısında son iki ayın ən böyük ucuzlaşmaya uğrayıb.

MarketWatch saytının məlumatlarına görə, hazırda dünya birjalarında dollar 3.01 lira səviyyəsində dəyərləndirilir.

Lira, həmçinin avro qarşısında da dəyər itirib və 5 faizdən artıq ucuzlaşıb.

0
25