Azərbaycanlı jurnalist: “Qiyamçılar aeroportu bombaladılar”

Azərbaycanlı jurnalist: “Qiyamçılar aeroportu bombaladılar”

“Hazırda İstanbuldayam. Atatürk Hava Limanının 2-3 kilometrliyindəki oteldə qalırıq. Bir müddət öncə aeroportu qiyamçılar havadan bombaladılar - iki raket atdılar”. Lent.az-ın məlumatına görə, bunu “Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxan özünün feysbuk statusunda yazıb.

Jurnalist daha sonra qeyd edib ki, bombalanmanın ardınca evakuasiya olunsalar da, yenidən otaqlarına qayıdıblar: “Otel müştərilərinin arasında ciddi panik yaşanır, qadınlar, uşaqlar təlaş içindədirlər. Bayaq savaş uçaqları yenə hava limanının üstündən uçuş etdilər. Bilmirik, o uçaqlar qiyamçılarındı, yoxsa dövlətin. Bax, belə. Allah axırımızı xeyir etsin…”

0
17