Türkiyə parlamentində ikinci bomba partladı: YARALILAR VAR - YENİLƏNİB

Türkiyə parlamentində ikinci bomba partladı: YARALILAR VAR - YENİLƏNİB

Türkiyə Böyük Millət Məclisibombalamaya məruz qalıb.

APA-nın Türkiyə müxbirinin verdiyi məlumata görə, birinci bombalamadan sonra Məclisin bütün işıqları söndürülərək bir neçə təcili yardım maşını Məclisə göndərilib.

Dövlət çevrilişinə təşəbbüs edən ordu içindəki xunta ilə polis və təhlükəsizlik qüvvələri arasındakı silahlı atışmanın şiddətləndiyinə dair xəbərlər gəlməkdədir. İstanbulun mərkəzi bölgələrindən olan Hərbiyyə  səmtindəki ordu evinin yaxınlığında partlayış və atışmalar olması nəticəsində hadisə  yerinə təcili yardım maşınlarının göndərildiyi bildirilir.

Digər tərəfdən, AKP və MHP-dən olan çox sayda insan prezident Ərdoğanın  İstanbuldakı evinin önünə gələrək  dövlət başçısına dəstək mesajları veriblər.

***

03:51

Türkiyə Böyük Millət Məclisinin binasına bomba atıldığı barədə məlumat yayılıb. Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, hərbi qiyam cəhdi sırasında ölkə parlamentinin binasına bomba tılıb və nəticədə xeyli yaralılar var.

Hadisə zamanı parlament binasında olan millət vəkillərinin sığınacağa toplaşdıqları bildirilir.

Mediada yayılan xəbərə görə, daxili işlər naziri Əfqan Ala parlament binası ətrafında "silahlardan istifadə edildiyini" bildirib.

0
22