Türkiyə MİT: Qiyam yatırıldı

Türkiyə MİT: Qiyam yatırıldı

Baş Qərargah rəisi Hulusi Akarın xilas edildiyini bildirilir.

Türkiyənin baş kəşfiyyat idarəsi olan Milli İstihbarat Təşkilatının (MİT) mətbuat müşaviri Nuh Yılmaz, ölkədə baş vermiş qiyam cəhdi ilə bağlı açıqlama verib.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, N. Yılmaz açıqlamasında, “qiyam yatırıldı, bu qiyamın iştirakçısı olan hər kəs sabahdan etibarən “vətənə xəyanət” maddəsi ilə mühakimə olunacaq” - deyib.

Türkiyənin NTV kanalı isə Türkiyə Silahlı Qüvvələrin Baş Qərargahına edilmiş hücumun qarşısının alındığını, Baş Qərargah rəisi Hulusi Akarın xilas edildiyini bildirib.

0
19