Çavuşoğlu: "Qərb ölkələrindən dəstək mesajları alırıq"

Çavuşoğlu: "Qərb ölkələrindən dəstək mesajları alırıq"

"Habertürk" kanalının canlı yayımına telefonla  bağlanan Avropa Birliyi naziri Ömər Çəlik “Türk əsgərinin Türk millətinin seçdiyi Məclisdən çıxan hökumətə güllə atmayacağını” deyərək dövlət çevrilişinə cəhd etmiş ordu mənsublarını kazarmalara dönməyə çağırıb.

 

Ölkədə  gərginlik  davam edərkən İstanbulda atəş səslərinin getdikcə şiddətləndiyi eşidilməkdədir.

Mediaya açıqlama verən İstanbul valisi Vasip Şahin isə şəhərin bir neçə yerində əhaliylə birlikdə çevrilişçilərə müqavimət göstərdiklərini, ona görə  çevrilişçilərin geri qayıtmağa məcbur qaldıqlarını vurğulayıb. Vali Şahin, bölgədəki Birinci ordu komandanlığının da ölkənin leqal hökumətinin tərəfində olduğunu sözlərinə əlavə edib. İstanbulda yerləşən Birinci ordunun komandanı, ordu generalı Ümid Dündar isə verdiyi açıqlamada “Çevrilişə təşəbbüs edənlərin ordu içindəki kiçik bir qrupu təmsil etdiyini, ordunun onları dəstəkləmədiyini” bildirib.

Mediaya Samsundan açıqlama verən gənclik və idman naziri Akif Çağatay Kılıç da xarici işlər naziri Mövlud Çavuşoğlu və xalqla birlikdə Cümhuriyyət meydanına getdiklərini və çevriliş təşəbbüsünə prezidentin və baş nazirin təlimatlarına uyğun olaraq lazımi müqaviməti göstərəcəklərini deyib.

Xarici işlər naziri Mövlud Çavuşoğlu da Qərb ölkələrindəki həmkarlarının zəng edərək dəstək mesajları verdiklərini vurğulayıb. Nazir Çavuşoğlu yaxın saatlarda Qərb ölkələri nazirlərinin Türkiyənin leqal hökumətinə yazılı dəstək mesajları elan edəcəklərini sözlərinə əlavə edib.

Gecə yarısını keçəndən sonra İstanbulun məscidlərində çevrilişə qarşı xütbələr verilib, azan oxunub.

0
9