Abdulla Gül: "Bu səhvdən geri dönün!"

Abdulla Gül: "Bu səhvdən geri dönün!"

Türkiyənin keçmiş prezidenti Abdulla Gül ölkədə başlanmış hərbi qiyam cəhdi ilə bağlı açıqlama verib.

Lent.az-ın türkiyə mediasına istinadən məlumatına görə, o, Türkiyənin hansısa bir Latın Amerikası ölkəsi olmadığını bildirib: “Türkiyədə bu şəkildə bir qrupun gecə basqını ilə hakimiyyət dəyişdirməsi mümkün deyil. Bu gün bütün vətəndaşlarımız fikri-zikri, inancı nə olursa-olsun, bütün bunları bir yana buraxıb, demokratiyaya və milli iradəyə sahib çıxma günüdür. Küçələrə çıxan bir qism hərbçilərə də demək istəyirəm ki, onlara verilən əmr qanuni deyil. Bu səhvdən geri dönün. Bu olay əsla unudulmaz. Yanlış içərisində olanlar bu yanlışlarından vaz keçsinlər. Millətlə qarşı-qarşıya gəlməsinlər. Türkiyə xaosla üzləşməsin”.

0
9