Türkiyədə qiyam cəhdi: "Sonunda ölüm də olsa hər şeyi edəcəyik" - Baş nazir - YENİLƏNİB

Türkiyədə qiyam cəhdi: "Sonunda ölüm də olsa hər şeyi edəcəyik" - Baş nazir - YENİLƏNİB

Ötən saatlarda Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının internet ünvanından "Ölkə hakimiyyətinə tamamilə əl qoyuldu" açıqlaması yayıldı. Bundan dərhal sonra Silahlı Qüvvələrə aid birliklər İstanbulda bir neçə binanı və əhəmiyyətli yolları nəzarətə götürüb. Ankara və İstanbulda atışma səsləri eşidildi.

Türkiyənin baş naziri Binali Yıldırım Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahında baş verən hadisələrə, eyni zamanda İstanbul və Ankara şəhərlərində yaranmış vəziyyətə dair açıqlama verib. Lentş.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Yıldırım bunları deyib: “Təəssüf ki, bir neçə saat öncə bəzi nöqtələrdə nəqliyyatın hərəkətinin dayandırlması və bəzi önəmli binaların mühasirəyə alınması kimi hadisələr baş verdi. Dərhal da asayiş qüvvələrimiz hərəkətə keçdi. Cavabı artıqlamasıyla veriləcək. Xalqın iradəsini silah gücünə yox etmək cəhdinə yol verilməyəcək və bu işi görənlər qarşılığını ağır şəkildə ödəyəcəklər. Dövlətin, millətin verdiyi pulla alınmış silahları millətə tuşlayanlara ən ağır cəza veriləcək. Bu iş cəzasız qalmayacaq” – deyib.

Baş nazir baş verənləri “hərbi qiyam” adlandırıb və bildirib ki, gücə qarşı güç istifadə olunacaq: “Sonunda ölüm də olsa, gərəkən hər şeyi edəcəyik”.

***

00:09

Türkiyə paytaxtı Ankarada atışma səsləri eşidilir.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, şəhərin üzərində hərbi təyyarə və helikopterlərlər dövr edir.

Türkiyə baş naziri ölkədə çevrilişə cəhd olunduğunu bildirib. “Bir qrup hərbçi səlahiyyətlərindən sui-istifadə edərək qanuna zidd hərəkətlər etməyə cəhd edib. Bunu qiyam adlandırmaq olmaz. Hər-halda vətəndaşlarımız arxayın ola bilər ki, biz qayda-qanun və sabitliyi qoruyacağıq. Bütün günahkarlar layiqli cəzalarını alacaqlar” – Binali İldırım deyib.

Qeyd edək ki,  İstanbulda Boğaziçi və Fatih Sultan Mehmet körpülərinin Anadoludan Avropaya keçən hissələri polis tərəfindən bağlanıb.

0
124