Hindistanda iğtişaşlar: 40 ölü

Hindistanda iğtişaşlar: 40 ölü

Hindistanın Kəşmir əyalətində baş verən kütləvi iğtişaşlar nəticəsində ölənlərin sayı 40-a çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 38 nəfərin öldüyü, 1500-dən çoxunun yaralandığı bildirilirdi.

İyulun 8-dən başlayan iğtişaşlara səbəb “Hizbul-Mücahidin” separatçı qruplaşmasının fəal üzvü Burxan Müzəffər Vaninin təhlükəsizlik qüvvələri tərəfindən məhv edilməsi olub.

Pakistan “Camaati-İslami” partiyasının hərbi qanadı olan “Hizbul-Mücahidin” artıq 25 ildir Kəşmirin Hindistandan ayrılaraq Pakistana birləşməsi uğrunda mübarizə aparır. “Hizbul-Mücahidin” Hindistanda terror qruplaşması hesab edilir.

0
12