Siyəzəndə azyaşlı dördüncü mәrtәbәdәn yıxılaraq ölüb

Siyəzəndə azyaşlı dördüncü mәrtәbәdәn yıxılaraq ölüb

Həkimlər ağır xəsarətlər alan Dilek Məmmədovanın həyatını xilas edə bilməyiblər.

Siyәzәn rayonunda bәdbәxt hadisә baş verib.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, Hökmulla Talıbov küçәsi, bina 8, mәnzil 20-dә yaşayan Mәmmәdova Dilek Vüqar qızı 4-cü mәrtәbәdәn yıxılıb.

Siyәzәn Regional Diaqnostika Mәrkәzinә gətirilən azyaşlı, həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

0
11