Nitsada aktı törədən şəxsin fotosu yayıldı

Nitsada aktı törədən şəxsin fotosu yayıldı

Məhəmməd Buhlel Tunisin Msaken şəhərində doğulub.

Fransanın “L'est Republicain” nəşri ötən gecə Nitsada yük maşını ilə çoxlu sayda insanın ölümünə səbəb olan sürücü Məhəmməd Lahuayec Buhlelin fotosunu yayıb.

Oxu.Az xəbər verir ki, nəşr Buhlelin 2008-ci ildə Fransada yaşayış hüququ verən sənədin surətini dərc edib.

Sənədə əsasən, Məhəmməd Lahuayec Buhlelin 1985-ci il, yanvarın 31-də Tunisin Msaken şəhərində doğulub.

Qeyd edək ki, iyulun 14-də yük maşını Nitsanın İngilis sahilində Bastiliyanın fəthi şərəfinə atəşfəşanlığa tamaşa etməyə yığılan kütləyə çırpılıb. Nəticədə 84 nəfər ölüb, 100 nəfər yaralanıb. Terror aktı zamanı 84 nəfər ölüb, 100-dən çox insan yaralanıb.

0
9