Moskvada polisi öldürən azərbaycanlıya hökm oxundu

Moskvada polisi öldürən azərbaycanlıya hökm oxundu

Məhkəmə prosesi keçirilib.

Rusiyanın paytaxtı Moskvada polisi qətlə yetirən Azərbaycan vətəndaşına hökm oxunub.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, 22 yaşlı polis serjantı Andrey Bannovu qətlə yetirməkdə təqsirləndirilən Azərbaycan vətəndaşı 26 yaşlı Nemət Rəşidov məhkəmənin qərarı ilə 24 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl hadisəi 2015-ci il mayın 27-də baş verib. Nemət Rəşidov iki nəfərlə birlikdə Moskvanın cənubunda valyuta terminalını oğurlayaraq “Qazel” markalı yük maşınına qoyub və qaçırıb.

Moskva dairəvi avtomobil yolunda polis N.Rəşidovun maşınını saxlayıb. Şübhəli şəxs avtomobildən düşərək yaxınlıqdakı meşəyə qaçıb. Polis serjantı Andrey Bannov onu yaxalamaq istəyərkən Rəşidov polisə üç bıçaq zərbəsi endirib. Aldığı xəsarətlərdən A.bannov hadisə yerində ölüb.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 28-29 tarixlərində N.Rəşidov və onun iki silahdaşı yaxalanıb. N.Rəşidov ifadəsində polisi öldürmək fikrində olmadığını bildirib.

0
22