Ukrayna yığması Şevçenkoya tapşırıldı

Ukrayna yığması Şevçenkoya tapşırıldı

39 yaşlı mütəxəssislə iki illik müqavilə bağlanıb.

Futbol üzrə Ukrayna yığmasının keçmiş hücumçusu Andrey Şevçenko milli komandanın baş məşqçisi təyin olunub.

Oxu.Az-ın xəbərinə görə, bu barədə iyulun 15-də Ukrayna Futbol Federasiyasının rəsmi saytında məlumat verilir.

Məlumatda bildirilir ki, 39 yaşlı mütəxəssislə iki illik müqavilə bağlanıb. Şevçenkonun qərargahına italiyalı Mauro Tassotti və Andrea Maldera, həmçinin bundan əvvvəl (2014-2016) Kiyev “Dinamo”sunda baş məşqçinin köməkçisi vəzifəsində çalışan ispaniyalı Raul Rianço daxildir.

Qeyd edək ki, “Avro-2016”-da Ukrayna millisi qrupda keçirdiyi hər üç oyunda bir qol belə vurmadan məğlub olmuşdur. Bu səbəbdən komandanın baş məşqiçsi Mixail Fomenko turnir başa çatdıqdan sonra istefaya göndərilmişdir.

Andrey Şevçenko Ukrayna yığmasının heyətində 111 oyun keçirib və 48 qol vurub.

2004-cü ildə Şevçenko dünyanın ən yaxşı futbolçusu adına layiq görülərək “Qızıl top” mükafatını alıb.

0
14