Yardımlıda yeni körpü istifadəyə verilib

Yardımlıda yeni körpü istifadəyə verilib

Tikilmiş körpünün uzunluğu 12 metr, eni 4 metrdir.

“Azəravtoyol” ASC tərəfindən Yardımlı rayonunda yeni körpü inşa edilib.

ASC-dən Oxu.Az-a verilən məlumata görə, sözügedən avtomobil körpüsü Separadi-Teşkan avtomobil yolunun 3-cü km-də Viləş çayı üzərində inşa edilərək vətəndaşların istifadəsinə verilib.

Tikilmiş körpünün uzunluğu 12 metr, eni 4 metrdir.

Qeyd edək ki, son aylar ərzində Separadi-Teşkan avtomobil yolundan başqa Lerik rayonu ərazisində Təbrizli kəndinə giriş avtomobil yolunun 1-ci km-də Lənkəran çayı üzərində, Astara rayonu ərazisində Siyakü-Şəmətük avtomobil yolunun 7-ci km-də Veravul çayı üzərində, Lənkəran rayonunda Mollaoba avtomobil yolunun 2-ci kilometrində Veravul çayı üzərində də yeni avtomobil körpüləri inşa edilərək vətəndaşların istifadəsinə verilib.

0
23