Yunanıstan turizm vergisi tətbiq edir

Yunanıstan turizm vergisi tətbiq edir

Yunanıstan hakimiyyəti 2018-ci ilin yanvarın 1-dən turizm vergisi tətbiq edəcək, verginin maksimal həcmi yerləşmə hotelinin kateqoriyasından asılı olaraq bir gecə üçün 4 avrodan ibarət olacaq.

Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Turoperatorları Assosiasiyasına istinadən RNS məlumat yayıb.

Vergilər həm müstəqil, həm də təşkilat vasitəsilə səyahət edən turistlərə şamil ediləcək. Ən yüksək vergini beşulduzlu hoteldə qalan turistlər ödəyəcək, bir gecə üçün 4 avro, dördulduzlu hoteldə qalan turistlər 3, üçulduzlu hoteldə qalan turistlər üçün bir gecə üçün 1,5 avro vergi ödəyəcəklər.

Mənzil icarəyə götürən, bir və ya ikiulduzlu hotellərdə qalan turistlər bir gecə üçün 0,5-dən 1 avroya qədər vergi ödəyəcəklər.

Ölkədə turizm vergisi yunan hökumətinin cari ilin may ayında qəbul edilmiş sərt iqtisadiyyat tədbirlər paketi çərçivəsində tətbiq edilir.

0
11