Uorlik: Prezidentlərin görüşünü mümkün qədər tez təşkil etməyə çalışacağıq

Uorlik: Prezidentlərin görüşünü mümkün qədər tez təşkil etməyə çalışacağıq

ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın növbəti görüşünü mümkün qədər tez təşkil etməyə çalışacaqlar.

Oxu.Az xəbər verir ki, bunu RİA Novosti-yə açıqlamasında amerikalı həmsədr Ceyms Uorlik deyib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün tarixi müəyyənləşməsə də, ABŞ, Rusiya və Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkələri kimi prezidentlər arasında növbəti görüşü mümkün qədər tez təşkil etməyə çalışacaqlar.

0
12