Kafedən oğurluq anbaan kameraya düşdü – VİDEO

Kafedən oğurluq anbaan kameraya düşdü – VİDEO

Faktla bağlı Abseron Rayon Polis İdarəsində cinayət işi başlanıb.

Abşeronun Masazır qəsəbəsində Zəngilan rayonundan olan məcburi koçkünlərin məskunlaşdığı şəhərcikdə Zakir Bayramova məxsus kafedə oğurluq hadisəsi törədilib.

Oxu.Az Region TV-yə istinadən xəbər verir ki, oğrular kafeyə gecə saatlarında dəmir qapını qıraraq daxil olublar.

Buna obyektə quraşdırılan təhlükəsizlik kameralarının görüntüləri əsas verir.

Zakir Bayramovun sozlərinə görə, bu ilin aprel ayının 12-də kafe qəsdən yandırılıb. Bu zaman da ona külli miqdarda maddi ziyan dəyib. Bu dəfə də oğurluğun baş verməsinin təsadüf olub-olmadığı sual doğurur.

Faktla bağlı Abseron Rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.

0
12