Azərbaycanda ilk dəfə “Dolby Atmos” texnologiyası “CinemaPlus”da – VİDEO

Azərbaycanda ilk dəfə “Dolby Atmos” texnologiyası “CinemaPlus”da –  VİDEO

Tezliklə paytaxtda “Gənclik Mall” ticarət mərkəzində “Dolby Atmos” texnologiyası ilə təchiz olunmuş regionun ən böyük “CinemaPlus” kinoteatrı açılacaq.

Oxu.Az xəbər verir ki, burada xüsusi diqqəti 300 yerlik böyük eksklüziv zal çəkir. “Dolby Digital Atmos” texnologiyasının hesabına zalda səs tamaşaçını hər tərəfdən əhatə edir.

Səs müşayiətini kinoteatrın istənilən yerinə yerləşdirmək və yerini dəyişmək imkanı hesabına “Dolby Digital Atmos” film yaradıcılarına kinoda səsi yeni bir mərhələyə çıxarmaq imkanı yaradır. Nəticədə tamaşaçı ekranda baş verənləri sadəcə izləmir, hadisənin mərkəzinə daxil olur.

“Dolby Digital Atmos” texnologiyası ilk dəfə 2012-ci ilin aprel ayında təqdim olunub və bütün Hollivud studiyaları tərəfindən istifadə olunur. Bu texnologiya ilə “Oskar” mükafatına layiq görülmüş 11 rejissor və 23 səs rejissoru işləyir. Bu günə kimi bütün dünya üzrə 300-dən artıq kinoteatr bu texnologiyaya keçib.

Tezliklə dünyanın bütün iri kinoteatrlarının “Dolby Digital Atmos” texnologiyasından istifadə edəcəyi gözlənilir.

Daha ətraflı məlumat əldə etmək məqsədilə İOSAndroid əməliyyat sistemli smartfonları üçün yeni “CinemaPlus” mobil əlavəsini yükləyin.

0
12