İŞİD-ə qarşı Azərbaycan bayraqlı əməliyyat – FOTO + VİDEO

İŞİD-ə qarşı Azərbaycan bayraqlı əməliyyat – FOTO + VİDEO

“Azərbaycan və Qarabağ bizi gözləsin”.

İraqın Kərkük şəhərində İŞİD-ə qarşı döyüşən “Haşdi Eş Şabi” birliyinə bağlı türkman könüllülərindən ibarət polis qüvvələrinin 16-cı Tağım Komandanlığı tərəfindən Amirli bölgəsində terrorçulara qarşı əməliyyatlar təşkil edilib. Əməliyyatlara Azərbaycan bayraqları ilə qatılan türkmanlar İraqı İŞİD-dən təmizlədikdən sonra Qarabağı azad etməyə hazır olduqlarını da deyib.

Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Türkiyənin “haberler.com” saytı verdiyi məlumata görə, əməliyyatlarda iştirak edən türkman döyüşçülərdən bəziləri Azərbaycan bayrağı və üzərində Qarabağ yazılmış şərflər bağlayıb.

Hazırda Kərkük ətrafında İŞİD-ə qarşı əməliyyatları davam etdirən könüllü türkman Polis qüvvələri terror qruplaşmasının Amirli qəsəbəsinə hücum edəcəyi barədə kəşfiyyat məlumatları aldıqdan sonra Samarrada yerləşən Zerge çayını keçərək Kərkük ətrafında əməliyyatlara başlayıb. 8 saat davam edən əməliyyatlar uğurlu nəticələnib.

İŞİD terror qruplaşmasına qarşı keçirilən əməliyyatlardan sonra danışan 16-cı türkman alay komandiri Ebu Tayir İŞİD hücumları nəticəsində çoxlu sayda şəhid verdiklərini, onların qanlarının yerdə qalmaması naminə döyüşməyi qərara aldıqlarını söyləyib.

“Amirli ətrafından ucalan bu dağlardan Azərbaycan xalqına İraq türkmanlarından salam göndəririk. Biz Azərbaycandan çox razıyıq. Azərbaycan parlamenti türkmanların çəkdiyi əzabları müzakirəyə çıxardı. Qəhraman Azərbaycan xalqına salam olsun. İnşallah tezliklə Azərbaycan xalqı və igidləri ilə orada uğurlu əməliyyatlar keçirərik”.

Türkman döyüşçülərindən olan Seyyid El Şuheda və Tuqay komandiri Cevdet Asaflı erməni terrorundan xilas olmaq üçün köməyə hazır olduqlarını da deyib.

Azərbaycan bayraqları ilə döyüşə qatılan əsgərlər “Azərbaycan və Qarabağ bizi gözləsin! Sizə kömək etmək üçün şəhid olmağa gələcəyik”, - deyə şüarlar səsləndiriblər.

Watch video!

0
15