İsveçdə müsəlman məktəbini yandırdılar

İsveçdə müsəlman məktəbini yandırdılar

“Biz hələ də, hadisə yerini tərk edən avtomobili axtarırıq”.

İsveçin Malmö şəhərində naməlum şəxslər müsəlman məktəbi yandırıblar.

Oxu.Az xəbər verir ki, bu barədə Svt.se telekanalı məlumat yayıb.

Yanğın şənbə günü saat 23:00 radələrində baş verib. Həmin vaxt ərazi yaxınlığında patrul xidmətində olan polis əməkdaşları partlayış səsi eşidiblər. Hadisə şahidi olan polislər şübhəli şəxslərin ərazini necə tərk etdiklərini görüblər. Polislər cinayətkarları təqib etsələr də, onları yaxalaya bilməyiblər.

“Biz hələ də, hadisə yerini tərk edən avtomobili axtarırıq”, — Malmö polisinin mətbuat xidmətinin nümayəndəsi bildirib.

0
29