Britaniya səfiri: Azərbaycanda ən iri xarici investor olmaq istəyirik

Britaniya səfiri: Azərbaycanda ən iri xarici investor olmaq istəyirik

“Böyük Britaniya iyulun 23-ü tarixində ən böyük demokratik məşqələsində iştirak edib. Biz fəxr edirik ki, Böyük Britaniya belə əhəmiyyətli qərarların verilməsini xalqa etibar edir”.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Krofts bildirib.

Diplomat qeyd edib ki, Britaniya xalqı Avropa İttifaqını tərk etməyə səs verib və onların iradəsinə hörmət edilməlidir.

Onun sözlərinə görə, Böyük Britaniya Azərbaycanda ən böyük xarici investor, dünyanın beşinci ən böyük iqtisadiyyatı, eləcə də BMT Təhlükəsizlik Şurasının, G7-nin, G20-nin və NATO-nun üzvü olaraq qalır:

“Biz bu qruplara aid dövlətlər içərisində müdafiəyə ÜDM-in 2%-ni və xarici yardıma isə 0,7%-ni xərcləyən yeganə ölkəyik”.

Səfir bildirib ki, ölkəsi Brexitin Britaniya biznesi və beynəlxalq tərəfdaşları üçün səmərəliliyini təmin edəcək:

“Böyük Britaniya biznes üçün açıqdır, inkişaf etməyə və çiçəklənməyə davam edir. Bu yeni başlanğıc Böyük Britaniyaya bir qlobal ticarət ölkəsi və açıq iqtisadiyyata sahib olan bir ölkə kimi parlaq gələcəyi formalaşdırmaq imkanı verir.

Əsrlər boyu, xarici şirkətlər, xarici investorlar və ixtisaslı əcnəbi işçilər Böyük Britaniyaya gəlib və bizim bu gün dünyada qabaqcıl iqtisadiyyatı qurmağa kömək ediblər. Və bu cür xarici doğru baxış davam etdirilməlidir. Azərbaycanda ən iri xarici investor kimi biz gələcək illərdə əlaqələrimizi daha da inkişaf etdirmək niyyətindəyik”.

0
16