KİV: İbrahim Tatlısəs evlənir – FOTO + VİDEO

KİV: İbrahim Tatlısəs evlənir – FOTO + VİDEO

Türkiyəli müğənni İbrahim Tatlıses Ayşegül Yıdızla (cütlük sonradan boşanıb) evliliyindən sonra həyatından çıxardığı keçmiş meneceri Damla Buket Çakıcı ilə mətbuat konfransı keçirərək onunla yenidən çalışacağını söyləyib.

Oxu.Az xəbər verir ki, bu xəbər Türkiyə KİV-də “İbrahim Tatlısəs evlənir” başlıqlı yazıların ortaya çıxmasına səbəb olub.

Tatlısəs media nümayəndələri ilə görüşdə 2011-ci ildə məruz qaldığı silahlı hücumda yanında olan və yaralanan köməkçisi Damla Buket Çakıcı haqqında bunları deyib:

“Damla xanım əvvəllər mənim assistent, menecer və mətbuat katibim idi. Yenidən işləməyi təklif etdik, Allah ondan razı olsun, bizi qəbul etdi. Təkrar işə başladıq. İnşallah onunla birlikdə irəliyə gedəcəyik”.

0
36