Sensasiya olmasa, “Qarabağ” Çexiyaya gedəcək

Sensasiya olmasa, “Qarabağ” Çexiyaya gedəcək

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərindəki tədbirdə Azərbaycan çempionu “Qarabağ”ın da potensial rəqibi bəlli olub.

Püşkatma II təsnifat mərhələsi başa çatmadığı üçün Ağdam klubu öncə bu raundu arxada qoymalıdı. Üç gün əvvəl Bakıda keçirilən oyunda Lüksemburqun “Düdelanj” klubunu 2:0 hesabı ilə məğlub edən Qurban Qurbanovun yetirmələri sensasiyaya imkan verməsə Çexiya çempionu “Viktoriya” ilə qarşılaşacaq.

“Düdelanj” – “Qarabağ” matçı kimi bu komandaların da cavab oyunu gələn həftə baş tutacaq. Bu cütün qalibi ilə yarışa birbaşa bu raunddan qatılan “Viktoriya” arasında ilk oyun Çexiyada keçiriləcək.

Qeyd edək ki, III təsnifat mərhələsinin ilk görüşləri iyulun 26-27-də, cavab qarşılaşmaları avqustun 2-3-də baş tutacaq.

0
8