Bakıda kişi qohumunu tualet üstündə bıçaqladı – VİDEO

Bakıda kişi qohumunu tualet üstündə bıçaqladı – VİDEO

Paytaxtın Bakıxanov qəsəbəsində qanlı hadisə baş verib. Ayaqyolu üstündə qohumlar arasında dava düşüb. Getdikcə böyüyən mübahisə nəticəsində iki qohumdan biri digərini bıçaqla vurub.

Oxu.Az ANS PRESS-ə istinadən bildirir ki, Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsində yerləşən kafedə bıçaqlanma baş verib.

Aparılan araşdırmalar nəticəsində məlum oldu ki, Elvin Abbasov ayaqyoluna gedən qapının bağlı olduğunu görüb.

O, ayaqyolunun qapısını bir neçə dəfə döyüb. Bu zaman orada olan qohumu ona söyüş söyüb.

Daha sonra qohumlar arasında dava düşüb və nəticədə Elvin Abbasov bıçaqlanıb. Hadisə şahidlərinin bildirdiyinə görə, cinayəti törədən şəxs polis əməkdaşları gələn zaman yerdə qan içərisində təcili yardım gözləyən qohumunun yanında olub. O, polislərə də hadisənin kim tərəfindən törədilməsindən xəbərsiz olduğunu deyib. Elvin Abbasov xəstəxanaya yola salınandan sonra isə ərazidən yayınıb.

Cinayəti törədən şəxsin tutulması istiqamətində Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsində əməliyyat axtarış tədbirləri həyata keçirilir.

0
11