Çavuşoğlu: Türkiyə Qarabağ münaqişəsinin həllində Azərbaycanı dəstəkləyəcək

Çavuşoğlu: Türkiyə Qarabağ münaqişəsinin həllində Azərbaycanı dəstəkləyəcək

O qeyd edib ki, Ermənistan təhriklərdən çəkinməlidir.

“Dağlıq Qarabağ münaqişəsi sülh və diplomatiya vasitəsilə həll edilməlidir. Təhrikedici, atəşkəsi pozmağa yönəlik addımların faydası olmadığını aprel ayında gördük”.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında təmas xəttində Ermənistan tərəfindən törədilən təxribatlarla bağlı suala cavabında deyib.

O qeyd edib ki, Ermənistan bu cür təhriklərdən çəkinməlidir:

“Türkiyə münaqişənin sülh yolu ilə həllinə dəstəyini davam etdirəcək. Rusiya ilə münasibətlərin normallaşması bu məsələyə mütləq öz faydasını verəcək. Rusiyanın xarici işlər naziri Sergey Lavrova da dediyim kimi, bundan sonrakı prosesdə Türkiyə bu cür təşəbbüsləri dəstəkləyəcək.

Minsk Qrupunun tərkibində Türkiyə də var. Minsk Qrupunun həmsədrləri bazar ertəsi Azərbaycana gələcəklər. Onlarla da görüşəcəyik və Azərbaycanın qəbul edəcəyi formulları dəstəkləməyə davam edəcəyik.

Artıq Rusiya ilə münasibətlər olduğu üçün bu məsələni həm prezidentlər səviyyəsində, həm də xarici işlər nazirləri səviyyəsində Rusiya ilə müzakirə etməyə davam edəcəyik”.

0
7