Braziliyalı rejissor Babenco vəfat edib

Braziliyalı rejissor Babenco vəfat edib

Argentinada doğulan braziliyalı rejissor Hector Babenco 70 yaşında dünyasını dəyişib.

Oxu.Az xəbər verir ki, bu barədə xarici mətbuatda məlumat öz əksini tapıb.

Prodüser Denise Winther mərhumun xəstəxanada keçirdiyi infarkt nəticəsində həyatını itirdiyini açıqlayıb.

Hector Babenco 1985-ci ildə “Hörümçək qadının öpüşü” filminə görə “Ən yaxşı rejissor” nominasiyasında “Oskar”a namizəd göstərilib və ekran əsərində baş rolu ifa edən William Hurt “Ən yaxşı kişi aktyor” nominasiyası üzrə “Oskar” mükafatını qazanıb.

Aytən Sadıqzadə

0
20