Azərbaycanlı heykəltaraş Roma Papasının portretini hazırlayıb – FOTO

Azərbaycanlı heykəltaraş Roma Papasının portretini hazırlayıb – FOTO

Azərbaycanlı heykəltəraş, əməkdar rəssam Zeynalabdin İsgəndərov Vatikan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Roma Papası Fransiskin portretini hazırlayıb.

Oxu.Az xəbər verir ki, Roma Papasının Mədəniyyət məsələləri üzrə nümayəndəsi Melchor Sanchez de Toca Alameda Romaya dəvət edilən həmyerlimizin xüsusi materialdan hazırladığı portreti sənət incisi adlandırıb.

Portret artıq Roma Papasına təqdim olunub və onun tərəfindən yüksək qiymətləndirilib.

Xatırladaq ki, 2015-ci ildə Roma Rəssamlıq Akademiyasının prezidenti Alfio Mongelli əməkdar rəssam, heykəltəraş Zeynalabdin İsgəndərovun İtaliya-Azərbaycan incəsənət və mədəniyyətinə verdiyi töhfələrə görə Roma Rəssamlıq Akademiyasının fəxri professoru adına layiq görülməsi barədə sərəncam imzalayıb.

Aytən Sadıqzadə

0
30