Şəhidin yaxın dostu: O, bacı-qardaşını yetimçiliklə böyütmüşdü

Şəhidin yaxın dostu: O, bacı-qardaşını yetimçiliklə böyütmüşdü

“Biz hələ də onun ölümünə inana bilmirik. Gecə xəbəri eşidən və onu tanıyan hər kəs meyitin ailəsinə verilməsini gözləyirdi”.

Oxu.Az xəbər verir ki, bu sözləri ANS-Press-ə ötən gün cəbhənin Ağdam istiqamətində ermənilər tərəfindən açılan snayper atəşi nəticəsində şəhid olan hərbi qulluqçu, baş leytenant Toğrul Səyyad oğlu Məmmədovun Cəsarət adlı yaxın dostu deyib.

Onun sözlərinə görə, Toğrul Cəmşid 8 ildir ki, xidmət edirdi:

“O, atasız böyümüşdü və özündən kiçik olan bacısı ilə qardaşını böyütmüşdü”.

0
13