Müdafiə Nazirliyi yerli KİV rəhbərlərinə müraciət etdi

Müdafiə Nazirliyi yerli KİV rəhbərlərinə müraciət etdi

Müdafiə Nazirliyi yerli kütləvi informasiya vasitələrinin (KİV) rəhbərlərinə müraciət edib.

Oxu.Az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, müraciət cəbhəboyu zonada vəziyyətin həssaslıqla əlaqədardır.

Nazirlik anonim və qeyri-rəsmi mənbələrdən əldə edilən hərbi məlumatların əksər hallarda araşdırılmadan qeyri-dəqiq formada yayılmasının düşmənin maraqlarına xidmət etdiyini nəzərə alaraq, bu mövzuda xəbərlərin Müdafiə Nazirliyinin rəsmi açıqlaması olmadan və dəqiqləşdirmə aparılmadan ictimailəşdirilməsinin qarşısının alınması tövsiyə edir.

0
8