Fransada fövqəladə vəziyyətin müddəti uzadıldı

Fransada fövqəladə vəziyyətin müddəti uzadıldı

Nitsada terror aktı nəticəsində 84 nəfər ölüb.

Fransa prezidenti Fransua Olland ölkədə fövqəladə vəziyyəti daha üç ay artırıb.

Oxu.Az Gazaeta.ru-ya istinadən xəbər verir ki, bunu ölkə prezidenti Nitsada terror aktından sonra xalqa müraciətində bildirib.

İyulun 26-da başa çatan fövqəladə vəziyyət rejimin müddətinin artırıldığına dair qanun layihəsi Fransa parlamentinə yaxın günlərdə çıxarılacaq.

İyulun 14-də yük maşını Nitsanın İngilis sahilində Bastiliyanın fəthi şərəfinə atəşfəşanlığa tamaşa etməyə yığılan kütləyə çırpılıb. Şahidlərin sözlərinə görə, yük maşını dayanmadan təxminən iki km yol keçərək insanları əzib.

Daha sonra o atəş açıb. Son məlumata görə, 84 nəfər həlak olub. Yük maşınının sürücüsü polis tərəfindən zərərsizləşdirilib.

0
11