Namiq Qaraçuxurlu 3-cü dəfə ata oldu

Namiq Qaraçuxurlu 3-cü dəfə ata oldu

Meyxanaçı - müğənni Namiq Qaraçuxurlu ata olub. Lent.az-ın musavat.com-a istinadən məlumatına görə, sənətçi qızı dünyaya gəldiyini deyib:


"Şəxsi məsələləri danışmağı sevmirəm. Bu dəfə düşündüm ki, həyatımda baş verən sevindirici hadisədən xəbərdar olmaq sevənlərimin də haqqıdır. Artıq qız atası olmuşam, övladıma Sara adını qoymuşuq. Qızıma kimin adını verdiyimizi isə açıqlamaq istəmirəm".

Qeyd edək ki, Namiq Qaraçuxurlu ötən il oktyabrın 12-si ailə həyatı qurub. Kişi toyu edən sənətçi hələ də, xanımını mətbuat qarşısına çıxarmayıb.

Onu da əlavə edək ki, N. Qaraçuxurlu ilk evliliyi Solmaz Şükürova adlı xanımla olub. Həmin evlilikdən Ülvi, Ümid adlı övladları var. Cütlük 2005-ci ilin dekabrında boşanıb.

0
10