Nitsada terror aktı: 80-dən çox ölən var – FOTO + VİDEO

Nitsada terror aktı: 80-dən çox ölən var – FOTO + VİDEO

100-dən çox adam yaralanıb.

Fransanın Nitsa şəhərində 80-dən çox adam ölüb.

Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə RTBF teleradio şirkəti məlumat yayıb.

“İlkin məlumata görə, ölənlərin sayı 80-dən çoxdu, 100 nəfərdən çox adam yaralanıb”, - məlumat dəqiqləşdirilir.

Yerli vaxtla təxminən saat 22:30-da yük maşını Nitsanın İngilis sahilində Bastiliyanın fəthi şərəfinə atəşfəşanlığa tamaşa etməyə yığılan kütləyə çırpılıb.

Məlumata görə, bundan sonra atəş açılıb.

Şəhər icra hakimiyyəti nümayəndələri baş verənləri terror aktı adlandırıblar. Yük maşınının sürücüsü polis tərəfindən zərərsizləşdirilib.

0
14